Onlayn Imtahan Keçirilməsinin Şərtləri və Qaydaları
- Razılaşma
Bu şərtlər və qaydalar (“Şərtlər”) Sizin (“İstifadəçi”) və onlayn imtahan xidmətlərinin (“Xidmət”) təminatçısı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 1703043901 VÖEN-i ilə təsis edilmiş “VIC-CON” MMC (“Şirkət”) arasında hüquqi cəhətdən məcburi müqaviləni təşkil edir. Xidmətə daxil olmaqla və ya ondan istifadə etməklə Siz bu Şərtlərə əməl etməyə razılaşırsınız.
- Xidmətlər
Xidmət İstifadəçiyə,seçilmiş proqramlar üzrə onlayn imtahan vermək imkanı verir. Şirkət imtahan idarəçiliyi və nəticələrin çatdırılmasını təşkil edir. Seçdiyiniz məhsullardan asılı olaraq Xidmətin müəyyən xüsusiyyətləri fərqlənə bilər.
- İstifadəçinin Hesabı
İstifadəçi Xidmətin saytında şəxsi hesab yaradır və onu saxlayır. İstifadəçi şəxsi hesabı altında baş verən bütün fəaliyyətə görə məsuliyyət daşıyır. İstifadəçi şəxsi hesab məlumatlarını dəqiq və yenilənmiş saxlamaq üçün razılaşır.
- İstifadəçinin Davranışı
Siz, bütün tətbiq olunan qanunlara və qaydalara uyğun Xidmətdən istifadə etməyə razılaşırsınız. Siz, saxtakarlıq və ya qanunsuz məqsədlər üçün Xidməti istifadə etməməyə razılaşırsınız. Siz, başqalarının intellektual mülkiyyət hüquqlarını pozmamağa razılaşırsınız. Siz Xidmət vasitəsilə viruslar, zərərli proqram təminatı və ya digər zərərli kodları ötürməməyə razılaşırsınız. Siz Xidmətə və ya onun serverlərinə müdaxilə etməməyə və ya onları pozmamağa razılaşırsınız.
- Akademik Dürüstlük
İstifadəçi imtahanlar zamanı akademik dürüstlüyü qorumaq məsuliyyətini daşıyır. Xidmətdə saxtacılıq və plagiat aşkarlamaq üçün xüsusi alətlər istifadə oluna bilər. Akademik dürüstlüyün pozulması imtahan nəticələrin etibarsızlığı və ya İstifadəçin şəxsi hesabın ləğv edilməsi kimi intizam tədbirlərinə səbəb ola bilər.
- Texniki Tələblər
Siz Xidmətdən istifadə etmək üçün lazımi aparat təminatı, proqram təminatı və internet bağlantısına sahib olduğunuzu təmin etmək məsuliyyətini daşıyırsınız. Sizə Xidmətdən istifadə etməyinizə mane ola biləcək hər hansı texniki problemlərə görə Şirkət məsuliyyət daşımır.
- Ödəniş və Qaytarılma
Xidmət müxtəlif qyimətləri olan müxtəlif məhsullardan ibarət ola bilər. Siz seçdiyiniz məhsula aid ödənişləri ödəməyə razılaşırsınız. İstifadəçi tərəfindən ödənilən imtahan haqqı imtahanın nəticəsindən və ya digər hər hansı bir şəraitdən asılı olmayaraq qaytarılmır.
- Kontentə Mülkiyyəti Hüququ
Şirkət Xidmətlə əlaqədar bütün intellektual mülkiyyət hüquqlarına malikdir. Sizə şəxsi istifadəniz üçün Xidmətdən istifadə etmək üçün individual icazə verilir.
- Zəmanətlərdən İmtina
Xidmət “olduğu kimi” təqdim olunur və heç bir növ açıq və ya nəzərdə tutulan zəmanətsizdir. Şirkət, müəyyən bir məqsəd üçün uyğunluq və pozmama zəmanətləri də daxil olmaqla, lakin onlarla məhdudlaşmayan bütün zəmanətlərdən imtina edir.
- Məsuliyyət Məhdudiyyəti
Şirkət Xidmətdən istifadə nəticəsində yarana və ya onunla bağlı olan heç bir birbaşa, dolayı, təsadüfi və xüsusi zərərlərə görə məsuliyyət daşımır.
- Etibarlılıq və Ləğv
Bu Şərtlər İstifadəçi və ya Şirkət tərəfindən ləğv edilənədək qüvvədə qalır. Şirkət istənilən vaxt, hər hansı bir səbəbdən, xəbərdarlıqla və ya xəbərdarlığı olmadan bu Şərtləri ləğv edə bilər.
- Hüquqi Tənzimləmə
Bu Şərtlər Azərbaycan Respublikasının qanunlarına əsasən tənzimlənir və şərh olunur.
- Tam Müqavilə
Bu Şərtlər Sizin və Şirkətin Xidmətdən istifadəyə münasibətdə tam müqaviləni təşkil edir.
- Şərtlərin Ayrılması
Bu Şərtlərin hər hansı bir müddəası etibarsız və ya icra edilə bilməz hesab edilərsə, həmin müddəa ləğv edilir və qalan müddəalar tam qüvvədə və təsirli qalır.
- Şərtlərin Yenilənməsi
Şirkət bu Şərtləri istənilən vaxt yeniləyə bilər. Siz bu Şərtləri vaxtaşarı yenilənmələr üçün yoxlamaq məsuliyyətini daşıyırsınız.
- Məlumatların Qorunması Siyasəti
Şirkət İstifadəçi məlumatlarının icazəsiz girişi, açıqlanması, dəyişdirilməsi və ya məhv edilməsindən qorumaq üçün məqbul və uyğun texniki və təşkilatı tədbirləri həyata keçirəcəkdir. Şirkət şəxsi məlumatlarınızı toplanma və işlənmə məqsədilə lazım olduğu vaxta qədər saxlayacaqdır.