İmtahan Proqramları

İmtahan Haqqında

“Azərbaycanda Mühasibat və Vergilər” imtahanı “açıq kitabça” prinsipi ilə keçirilir.

İmtahan zamanı namizəd Vergi Məcəlləsi, Mühasibat Uçotu haqqında Qanun, mühasibat uçotu qaydaları və öz seçiminə görə digər qanunvericilik aktların çap versiyalarından istifadə edə bilər.

İmtahanın strukturu:

  • 30 çox seçimli  sual (hər biri 1 bal)
  • Bir neçə düzgün cavabı olan 10 sual (hər biri 2 bal)
  • Boşluq doldurmaq üçün 4 tapşırıq (hər biri 5 bal)
  • 3 mürəkkəb tapşırıq (hər biri 10 bal)

Maksimal bal: 100

Keçid balı: 61 bal

Keçid balını və ya daha yüksək balı toplamış namizədlərə imtahanı uğurla keçmə haqqında sertifikat verilir.

İşəgötürən və ya namizəd tərəfindən əlavə sorğu olduqda, iddia etdiyi vəzifəyə uyğunluq və namizədin gələcək peşə hazırlığı barədə tövsiyə olan imtahanın nəticələri barədə hesabat təqdim edilə bilər.

İmtahan Proqramı

İmtahan aşağıdakı sahələrdə namizədin biliklərini qiymətləndirməyə imkan verir:

  • Azərbaycan Respublikasının müəssisələrdə mühasibat uçotu təşkilatı üzrə qanunvericilik tələbləri haqqında biliklər, qanunvericilik tələblərinin pozulmasına görə məsuliyyət səviyyələrinin anlaşılması.
  • Mühasibat uçotunun əsas anlayışları və prinsipləri haqqında biliklər, mühasibat yazıları aparmaq və mühasibat sənədləri tərtib etmək bacarığı.
  • Əsas bölmələr üzrə uçotun aparılması prinsiplərinin anlaşılması:
    • Əsas vasitələr və qeyri-maddi aktivlərin uçotu.
    • Debitorlar və kreditorlarla hesablaşmalar.
    • Əmək haqqının hesablanması və uçotu.
    • Mal-material ehtiyatlarının uçotu.
    • Gəlir və xərclərin uçotu.
 
  • Balans hesabatı və mənfəət və zərər hesabatı tərtib etmək bacarığı, mühasibat uçotu elementlərinin hesabatların müvafiq bölmələrinə aid edilməsi prinsiplərinin anlaşılması.
  • Azərbaycan Respublikası Vergi Məcəlləsinin əsas anlayışları haqqında biliklər, bu anlayışlarla praktiki işdə fəaliyyət göstərmək bacarığı.
  • Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan bütün vergilər üzrə vergitutma prinsiplərinin bilikləri və vergi bəyannamələrinin tərtibat qaydaları və tələbləri, habelə vergilərin ödənilməsi qaydaları haqqında biliklər.
  • Azərbaycan Respublikasının mühasibat uçotu, vergi və sosial məsələləri tənzimləyən qanunvericilik aktlarından istifadə etmək bacarığı.

İmtahan Qaydaları

İmtahana başlamazdan əvvəl aşağıdakı qaydaları oxuyun:

  1. Bu imtahan “açıq kitabça” prinsipi ilə keçirilir. İmtahan zamanı öz seçiminə görə Vergi Məcəlləsinin, Mühasibat Haqqında Qanunun, Mühasibat uçotu qaydalarının və digər qanunvericilik aktlarının çap olunmuş versiyalarından istifadə edə bilərsiniz.
  2. İmtahan zamanı istənilən rabitə vasitələrindən istifadə etmək qadağandır.
  3. Üçüncü şəxslərin imtahana iştirakı qadağandır.
  1. İmtahan zamanı imtahan suallarının səslə oxunması qadağandır.
  2. İmtahan 90 dəqiqə davam edir və fasiləsizdir.
  3. İmtahan 30 çox seçimli sual (hər biri 1 bal), 10 bir neçə düzgün cavabı olan sual (hər biri 2 bal), 4 boşluğu doldurma tapşırıq (hər biri 5 bal) və 3 mürəkkəb tapşırıq (hər biri 10 bal) təşkil edir. Ümumi bal: 100.
  4. İmtahan zamanı lazım olduqda əvvəlki suallara qayıta və cavabı düzəldə bilərsiniz.
  5. Sertifikat almaq üçün 100 baldan ən azı 61 bal toplamaq lazımdır.