Azərbaycanın Vergi Sistemi və Vergi Rejimləri

Rezident

Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:

  • təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan
  • təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan
  • yuxarıdakı abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
  • daimi yaşayış yeri
  • həyati mənafelərinin mərkəzi
  • adətən yaşadığı yer
  • Azərbaycan Respublikasının vətəndaşlığı

Vergi Məcəlləsi, Maddə 13.2.5.1

Aşağıda göstərilən tələblərin birinə cavab verən hüquqi şəxslər:

  • Azərbaycan Respublikasına uyğun olaraq təsis edilən və sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi şəxs
  • Azərbaycan Respublikasında idarəetmə yeri olan hüquqi şəxs

Vergi Məcəlləsi, Maddə 13.2.5.3

Daimi nümayəndəlik

Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.

Vergi Məcəlləsi, Maddə 19.1.

Vergi ödəyicilərinin uçotu

Vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (hüquqi unvan) üzrə uçota alınır.

Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınır.

Fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları üzrə uçota alınır.

Xüsusi notariuslar fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.

Vergi Məcəlləsi, Maddələr 16.1.2,  33.1